"Lans"ın (RC Lens) 18 yaşlı istedadlı mərkəz müdafiəçisi Killian Antonio yanvar transfer pəncərəsi öncəsi Avropa nəhənglərinin əsas hədəflərindən birinə çevrilib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri "Çelsi" və "Aston Villa", eləcə də Liqa 1 nəhəngi PSJ gənc stoperin transferində yaxından maraqlanırlar.

"Lans" rəhbərliyi Antonionu minimum 30 milyon avro dəyərində qiymətləndirir və mövsümün tən ortasında əsas heyət oyunçusunu itirmək niyyətində deyil.

"Aston Villa" və "Çelsi"nin Yanvar ayı üçün təxminən 20 milyon avroluq ilkin təkliflər hazırladığı bildirilir.

2008-ci il təvəllüdlü fransız stoperin "Lans" ilə 2028-ci ilin iyun ayına qədər rəsmi müqaviləsi mövcuddur. Cari mövsümdə əsas heyətdə inamlı çıxış edən Antonio Fransa U19 millisinin də üzvüdür.