İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Enzo Mareskadan klubun maliyyə qaydalarını pozması ilə bağlı günahkar bilinməsi barədə münasibət öyrənilib.
Offsideplus.az xəbər verir ki, Mareskanın nümayəndələri bu barədə açıqlama vermək əvəzinə məşqçinin sosial şəbəkədə paylaşdığı qədim yunan filosofu Sokratın sitatının ekran görüntüsünü göndəriblər. Sitatda belə deyilir: "Mən bilirəm ki, heç nə bilmirəm". Mareska bu sitatın yanında əlavə edib: "Nəfəs almaq vaxtıdır. Analiz etmək vaxtıdır. Öyrənmək vaxtıdır".
Qeyd edək ki, "Mançester Siti" maliyyə qaydalarını pozmaqda bütün ittihamlar üzrə günahkar bilinib, yalnız bir maddə istisna olmaqla. Klubun cəzası hələ müəyyənləşməyib.


