Formula 1 üzrə Azərbaycan Qran-prisinə bu gün keçiriləcək əsas yarışlarla yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, əvvəlcə saat 11:00-da Formula 2-də ikinci əsas yarış baş tutacaq. Saat 15:00-da isə F1-də qalibin adına aydınlıq gələcək.
Dünən Formula 1-də keçirilən sıralama turunda "Mersedes" pilotu Corc Rassell ən yaxşı nəticəni göstərib.
Şarl Lekler ("Ferrari") 2-ci, Oskar Piastri isə ("Maklaren") 3-cü sıradan start götürəcək.
Hazırda şəxsi hesabda "Mersedes"in digər sürücüsü Andrea Kimi Antonelli (292 xal) liderdir. Konstruktorlar Kubokunda da 503 xalla "Mersedes" birinci sırada qərarlaşıb.


