"Sabah"ın hücumçusu Coy-Lens Mikels Ruanda milli komandasının heyətində rəsmi debüt edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı matçda (3:1) iştirak edib.
Meydana start heyətində çıxan Mikels debütünü penaltidən vurduğu qolla qeyd edib. Ruandanın digər qolunu isə onun qardaşı, ötən mövsüm "Zirə"də çıxış etmiş Leroy Mikels vurub.
"Zirə"nin müdafiəçisi Anji Mutsinzi də Ruanda millisinin heyətində 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Liberiyanın yeganə qoluna 2024/25 mövsümündə "Sumqayıt"da forma geyinmiş Silvanus Nimeli imza atıb.


