Kilian Mbappe Fransa millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, hücumçu Türkiyə ilə oyunda dizindən zədə alıb və bu səbəbdən yığmanın düşərgəsini tərk edəcək. Baş məşqçi Zinəddin Zidan qarşılaşmadan sonra vəziyyətin "yaxşı görünmədiyini" bildirib və risklərin qarşısını almaq üçün Mbappenin millidən ayrılmasına qərar verilib.

Fransa Futbol Federasiyası da rəsmi şəkildə təsdiqləyib ki, Kilian Mbappe zədəyə görə hazırkı toplanışın sonuna qədər komandaya kömək edə bilməyəcək.

Bu mövsüm Mbappe "Real Madrid" və Fransa millisində 9 oyunda 9 qol vurub.