Rusiyanın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Qızıl topun təqdimatı ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Mostovoy Lamine Yamalın bu mükafatı qazanacağı təqdirdə Kilian Mbappenin nə etməli olduğunu sual edib: "Əgər Yamal Qızıl topu alacaqsa, bəs Mbappe nə etməlidir? 100 qol vurmalıdır? Vinisius haqqında isə artıq danışmırıq, halbuki o, 4 il ərzində Benzema ilə birlikdə Çempionlar Liqasında fərqlənirdi. Benzema Qızıl topu aldı, amma Vinisius niyə bu mükafata layiq görülmədi? O da eyni səviyyədə çıxış edirdi. 95-ci dəqiqədə öz yarımsahəsindən müdafiəçilərdən qaçırdı. Ona görə də burada qərarlar həmişə qəribə olur. Bu üç oyunçu arasında – Yamal, Keyn və Mbappe – mənim üçün son iki ad daha güclüdür. Amma deyəcəklər ki, İspaniya dünya çempionu oldu və mükafatı Yamala verəcəklər".