Zinəddin Zidan Fransa millisinin baş məşqçisi kimi ilk oyunundan sonra təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa millisi Millətlər Liqasının qrup mərhələsinin birinci turunda Türkiyə yığmasını 1:0 hesabı ilə məğlub edib.
"Çoxlu emosiyalar yaşadım. Bu, uğurlu debütdür. Türkiyədə, belə ağır atmosferdə oynamaq asan deyil. Yaxşı çıxış etdik, rəqib meydanında pressinq tətbiq etdik. Cəmi üç yarım məşq keçməyimizə baxmayaraq, maraqlı məqamlar gördüm. Bu, ruhlandırıcıdır. Futbolçuların oyunu məni qane etdi. Hamını meydanda görmək xoş idi. Həmişə belə həyəcanlı olur. Söz tapa bilmirəm. Sonuncu dəfə Fransa millisində oynayandan bəri çox vaxt keçib. Hazırda xüsusi bir şey baş verir. Bu anın dadını çıxarırıq", – deyə Zidan bildirib.


