İspaniya millisinin və 'Barselona'nın yarımmüdafiəçisi Rodri 'Mançester Siti'dəki maliyyə qaydalarının pozulması ilə bağlı verilən qərara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Rodri mətbuat konfransında bunları deyib: "2020-ci ildə də oxşar vəziyyətlə qarşılaşmışdıq, yalnız ittihamçılar fərqli idi. Klub həmişə sakitliyini qoruyub və heç bir qayda pozuntusuna yol vermədiyini bildirib. Biz kluba güvənirdik və əvvəlcə günahkar sayılsalar da, sonda bəraət aldılar. İndi də ədalətin qalib gələcəyinə inanıram və düşünürəm ki, klub cəzalandırılmayacaq. Bizə, oyunçulara, hər şeyin düzgün aparıldığı deyilib. Bizim üçün vəziyyət fərqlidir, amma hər zaman pozitiv düşünməyə çalışırıq. Klubda hər kəs illərdir uğur üçün çalışır. Bu, təkcə Pep Qvardiola və oyunçular deyil, həmçinin rəhbərlik və bütün işçi heyətidir. Onların qazandıqlarını heç kim bizdən ala bilməz. Bu, pulla alınmır, yalnız birgə əməyin və gündəlik zəhmətin nəticəsidir. Bu illər ərzində çox uğur əldə etmişik və deyə bilərəm ki, bütün bunlar haqqımız idi, çünki İngiltərə futbolunun ən yaxşı dövrlərindən birini yaşadıq".


