İspaniya millisinin baş məşqçisi Luis de la Fuente stoik fəlsəfəsinin gündəlik həyatında necə rol oynadığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, de la Fuente bu barədə belə danışıb: "Mən ədəbiyyatı, xüsusilə Roma tarixi haqqında oxumağı sevirəm. Mark Avrelinin həyatı və stoiklər barədə məlumat əldə edəndə düşündüm ki, bu düşüncə tərzi mənə yad deyil. Onsuz da belə düşünür və davranırdım, sadəcə bunun adını bilmirdim. Həmişə intizamlı olmuşam, nəzarət edə bildiyim məsələlərə fokuslanmışam, praktik və praqmatik yanaşmışam. Sonradan öyrəndim ki, bu, stoik fəlsəfəsidir. Bu yanaşma mənim inamımı gücləndirir və bir çox məsələyə aydınlıq gətirir. Əvvəllər anlamadığım bəzi şeyləri indi başa düşür və tətbiq edirəm. Stoik fəlsəfəni və digər fəlsəfi sistemləri öz həyatımda sərbəst şəkildə tətbiq edirəm və bu, mənə fayda verir. Hələ də öyrənirəm".