"Valensiya" Avroliqanın ilk turunda İstanbulda "Beşiktaş"ı 96:94 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada son saniyələrdə meydan sahiblərinin qələbə şansı olsa da, Ceylen Novell üçxallıq atışdan yararlana bilməyib və qonaqlar ilk qələbəsini qazanıblar. Bundan əvvəl Yucin Omoruyi və Kameron Teylor hərəyə iki cərimə atışını dəqiq yerinə yetirə bilməyiblər. Oyunda üstünlük dəfələrlə dəyişib və həlledici topda son dəqiqədə Ti Cey Şorts dəqiq olub.
O, həm də 26 xalla matçın ən məhsuldar oyunçusu olub. Nikola Mirotiç 13, Armoni Bruks, Casiel Rivero, Nil Sako və Kameron Teylor isə hərəyə 10 xal toplayıblar. "Beşiktaş"da Ceylen Novell və Yucin Omoruyi 17, Konor Morqan isə 15 xalla fərqləniblər.
"Fənərbağça" da ilk turda uğur qazanıb. İstanbul təmsilçisi "Virtus Bolonya" üzərində 78:68 hesablı qələbə əldə edib.
Qonaqlar sona qədər mübarizə aparsalar da, son altı dəqiqədə hesabda önə keçmələrinə baxmayaraq, "Fənərbağça" təcrübəsini və müdafiədə üstünlüyünü göstərərək oyunun taleyini həll edib. Talen Horton-Taker 13 xalla komandasının ən məhsuldar oyunçusu olub. Ueyd Boldvin və Şavon Şilds hərəyə 12, Braxton Key isə 11 xal və 10 ribaundla dubl-dabl edib. "Virtus"da Markus Karr 12, Derrik Olston isə 10 xal toplayıb.


