Basketbol kolleksiya bazarında növbəti dəfə rekord məbləğdə alış-satış baş tutub. 2007–08 mövsümünə aid, "Upper Deck Exquisite Collection Dual Logoman Autograph" seriyasından olan və üzərində Kobi Brayant ilə LeBron Ceymsin imzaları və oyun formasından kəsilmiş NBA loqosu parçası olan unikal kart 6 milyon 501 min 840 dollara satılıb.

Offsideplus.az xəbər verir ki, bu kart həm Brayant, həm də Ceymsin adına olan ən bahalı ikinci satış kimi tarixə düşüb. Həmçinin, Alt platformasında satılan ən dəyərli idman kolleksiya əşyasıdır. Kart uzun illər şəxsi kolleksiyada qorunub və yalnız bu yaxınlarda rəsmi qiymətləndirməyə göndərilib. PSA tərəfindən kartın vəziyyəti 8, imzalar isə maksimum 10 bal ilə qiymətləndirilib. Bu satış LeBron Ceymsin adını daşıyan kartlar arasında milyon dollar həddini aşan 30-cu əməliyyatdır. Müasir basketbol kartları arasında bu məbləğ ilk onluğa daxil olur. Qeyd edək ki, bu seriyadan Maykl Corc və Brayantın birgə kartı 12,93 milyon dollara satılaraq rekord qırıb.