Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messidən sonra kapitan sarğısının kimə veriləcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Skaloni Messidən sonra komandanın yeni kapitanının Kristian Romero olacağını bildirib. O qeyd edib ki, Romero artıq Leo və Nikolas Otamendidən sonra üçüncü kapitan idi. Baş məşqçi əlavə edib ki, Emiliano Martines, Rodriqo de Pol və Lautaro Martines də kapitanlıq edə biləcək oyunçulardır. Lakin onun fikrincə, ən doğru seçim məhz Romero olacaq.
Qeyd edək ki, Argentina yığması bu payız Boliviya, Burkina Faso və Beninlə yoldaşlıq oyunları keçirəcək. Sonuncu qarşılaşma 39 yaşlı Lionel Messinin milli komandadakı vida oyunu olacaq.


