UEFA Millətlər Liqasında sentyabrın 27-də keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin proqramı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Dariaus ir Gireno" stadionunda baş tutacaq qarşılaşmadan bir gün əvvəl - sentyabrın 26-da komandaların media tədbirləri keçiriləcək.

Proqram aşağıdakı kimidir:

26 sentyabr

Azərbaycan milli komandası:

16:15 - Mətbuat konfransı

17:00 - Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq

Litva milli komandası:

18:00 - Mətbuat konfransı

18:30 - Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq

Qeyd edək ki, mətbuat konfransları və açıq məşqlər matçın keçiriləcəyi "Dariaus ir Gireno" stadionunda təşkil olunacaq.