"Milan"ın sabiq hücumçusu Ernán Krespo portuqaliyalı forvard Qonsalu Ramuş barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Krespo yayda "PSJ"dən 75 milyon avroya transfer olunan Ramuşun göstəricilərinin yüksək olmadığını bildirib. O qeyd edib ki, portuqaliyalı hücumçu "Milan"da keçirdiyi 6 oyunda cəmi 1 qol vurub.

"Mən Meksika "Atlas"ının baş məşqçisiyəm, "Milan"ın rəhbəri deyiləm, ona görə də dəqiq cavab vermək çətindir. Qonsalu Ramuşu yaxşı tanıyıram: o, keyfiyyətli mərkəz hücumçusudur və gec-tez qol vurmağa başlayacaq. Amma transferə xərclənən məbləği nəzərə alsaq, azarkeşlər daha məhsuldar forvard gözləyirdi. Ramuş heç vaxt yüksək dəqiqliklə fərqlənməyib. Statistikasına baxın, hər şey aydındır. Son üç mövsümdə "PSJ"də 131 oyunda 53 qol vurub. Bu isə o deməkdir ki, orta məhsuldarlığı yüksək deyil: hər iki oyuna bir qol belə düşmür. Üstəlik, Luis Enrike dönəmində o, heç vaxt əsas heyətin daimi üzvü olmayıb. Əla oyunçudur, razıyam, amma onu elit səviyyədə adlandırmaq düzgün olmaz", – deyə Krespo bildirib.