Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı il yubiley həftəsi azarkeşlərlə pilotları bir araya gətirən Fan Forumla davam edib.
Offsideplus.az xəbər verir ki, Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər. Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso və Valtteri Bottas kimi sürücülərin səhnəyə çıxışı böyük maraqla qarşılanıb.
Səmimi ab-havada keçən tədbirdə pilotlar yarışla bağlı təəssüratlarını bölüşüblər.
Yerli və xarici azarkeşlərin böyük diqqət göstərdiyi bu görüşlər yarım həftəsinə xüsusi həyəcan qatıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.


