Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışı çərçivəsində autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sosial inklüzivlik təşəbbüsü ilə baş tutan ekskursiyada gənclər komandaların fəaliyyəti, yarış həftəsinin pərdəarxası və Qran-Priyə hazırlıq prosesi ilə yaxından tanış olublar. “Birgə və Sağlam” İctimai Birliyinin koordinatoru bu yaddaqalan imkana görə təşkilatçılara minnətdarlığını bildirib.
Bu kimi layihələr Formula 1-in sosial məsuliyyət proqramları çərçivəsində ənənəvi olaraq həyata keçirilir.


