Azərbaycan milli komandasının futbolçusu Abdulla Xaybullayev Tacikistanla oyunun (1:0) ilk hissəsində zədələnmişdi. 

Offsideplus.az yarımmüdafiəçinin son durumunu öyrənib. AFFA-nın mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə “Sabah”ın futbolçusunda hər şey qaydasındadır, növbəti oyunlara tam olaraq hazırdır.

Qeyd edək ki, yığmamız iki gün sonra Millət Liqasının D liqasında Litvanın qonağı olacaq.