Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışında Bakıya gələn xarici turistlərin sayında tarixi rekord qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, paytaxta üz tutan xarici qonaqların sayı 16 mini ötüb.
Bu, Formula 1-in Bakıda təşkil olunduğu bütün dövr ərzində ən yüksek göstəricidir.
Müqayisə üçün qeyd edək ki, keçən il yarışları izləmək üçün Azərbaycan paytaxtına 14 min xarici turist gəlmişdi.
Beynəlxalq marağın kəskin artması bilet satışlarında da əksini tapıb. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri dünyanın 120-dən çox ölkəsindən olan azarkeşlər tərəfindən alınıb.


