Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında gərgin proqramla start götürəcək.

Offsideplus.az xəbər verir ki, günün cədvəli saat 10:00-da Formula 2 pilotlarının 45 dəqiqəlik sərbəst yürüşü ilə açılıb.

Formula 1 bolidləri isə trekə ilk dəfə saat 12:30-da çıxacaqlar. Komandalar birsaatlıq birinci sərbəst yürüşdə bolidlərin texniki sazlanmalarını və "Pirelli" təkərlərini sınaqdan keçirəcəklər. Günün ikinci sərbəst yürüşü saat 16:00-da başlayacaq.

F2 pilotları saat 14:00 və 14:30-da ardıcıl iki sıralanma turunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bu il yalnız Formula 2 dəstək yarışı kimi çıxış etdiyindən, mərhələ genişləndirilmiş proqramla (bir sərbəst yürüş, iki sıralanma, bir sprint və iki əsas yarış) keçirilir.