Fransa millisinin heyətində dəyişiklik baş verib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in mərkəz müdafiəçisi İbrahima Konate sağ diz bağlarında yüngül dartılma səbəbindən yığmadan kənarlaşdırılıb və klubuna qayıdıb. Onun yerinə "Mançester Yunayted"in 20 yaşlı futbolçusu Leni Yoro ilk dəfə Fransa yığmasına dəvət alıb.
Fransa millisi sentyabr-oktyabr aylarında Millətlər Liqasında Türkiyə, İtaliya və Belçika ilə iki dəfə qarşılaşacaq.


