"Real Madrid"in portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldonun gedişindən sonra La Liqadakı qol göstəricilərində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub.
Offsideplus.az xəbər verir ki, Statistik rəqəmlər hücum xəttindəki fərqi açıq şəkildə ortaya qoyur:
Ronaldo ilə dövr (Ortalama): Portuqaliyalı futbolçunun komandaya qoşulduğu andan etibarən "Kral klubu" La Liqanın hər mövsümündə orta hesabla 106.7 qol vurub.
Ronaldosuz dövr (Ortalama): Ulduz oyunçunun klubdan ayrılmasından sonra isə bu göstərici kəskin düşərək mövsüm başına orta hesabla 74.6 qol təşkil edib.
Bu statistik geriləmə komandanın hücum potensialının qorunub saxlanılması istiqamətində illərdir davam edən çətinlikləri və ulduz hücumçunun boşluğunun nə qədər hiss olunduğunu bir daha təsdiqləyir.


