"Barselona" klubu yanvar transfer pəncərəsində böyükmiqyaslı transferlər reallaşdırmaq istəyirsə, ilk növbədə heyətində təmizləmələr aparmalı və oyunçu satışından gəlir əldə etməlidir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi maliyyə fair-play qaydaları çərçivəsində müsbət balansa malik olsa da, bu artıq məbləğ hələlik cəmi 3-4 milyon avro ətrafındadır. Bu isə o deməkdir ki, mövcud maliyyə şərtləri daxilində Xulian Alvares kimi yüksək məvacibli ulduz oyunçunun maaşını qeydiyyatdan keçirmək qeyri-mümkündür.
Klub rəhbərliyi və idman direktoru bu məhdudiyyəti aşmaq üçün həm maaş büdcəsini boşaltmağı, həm də komandanın əsas planlarına daxil olmayan futbolçuların satışını həyata keçirməyi nəzərdən keçirir.


