"Sabah" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi 4 ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.
Satış tempinin gözləntiləri xeyli üstələdiyini bildirən klub rəhbərliyi göstərdikləri böyük marağa və dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib. Qeyd olunub ki, bilet qiymətləri daha çox futbolsevərin stadiona gələ bilməsi üçün münasib səviyyədə müəyyənləşdirilib.
Məlumatda həmçinin diqqətə çatdırılıb ki, bilet satışından əldə olunan gəlirin 25 faizi uşaq və gənclər futbolunun inkişafı məqsədilə "Sabah Futbol Akademiyası Gələcəyin istedadları" proqramına yönəldiləcək.
Klub bu tarixi mərhələdə kommersiya və sponsorluq əməkdaşlığı etmək istəyən şirkətləri də tərəfdaşlığa dəvət edib. Bilet satışı prosesi hazırda davam edir.


