Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Offsideplus.az xəbər verir ki, VII turda kişilərdən ibarət yığmamız Yunanıstan komandasını 3,5:0,5 hesabı ilə məğlub edib. Qadınlardan ibarət milli komandamız isə Ermənistan seçməsinə minimal hesabla məğlub olub - 1,5:2,5.

Yeddi turdan sonra 12 xal toplayan kişilərdən ibarət kollektivimiz turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 10 xalı olan qadın millimiz isə 14-cü sırada yer alıb.

Şahmatçılarımız bu gün VIII tur çərçivəsində növbəti görüşlərinə çıxacaqlar. Kişilərdən ibarət komandamız Hindistanla üz-üzə gələcək, qadınlar isə Argentina seçməsi ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq