Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Argentina yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib. Görüşdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçə edib, Aydın Süleymanlı isə qələbə qazanıb.
Qadınlardan ibarət komandamız isə Qazaxıstan seçməsinə 1,5:2,5 hesabı ilə yenilib. Xanım Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova bərabərliyə razılaşdığı halda, Günay Məmmədzadə məğlubiyyətlə üzləşib.
Altı turdan sonra hər iki komandamızın aktivində 10 xal var. Kişi millimiz turnir cədvəlində 12-ci, qadın yığmamız isə 9-cu pillədə qərarlaşıb. 11 turdan ibarət yarış sentyabrın 27-də yekunlaşacaq.


