"Şalke" ev stadionunda "Borussiya Dortmund"a qarşı maraqlı jest edib.

Offsideplus.az xəbər verir ki, "Elversberq"lə oyundan (0:0) sonra "Feltins Arena"nın ekranında Bundesliqanın turnir cədvəli göstərilib. Dörd turdan sonra bütün oyunlarda qalib gələn və çempionata liderlik edən "Borussiya Dortmund"un adı digər klublarla müqayisədə xeyli kiçik şriftlə yazılıb.

Qeyd edək ki, "Şalke" və "Borussiya Dortmund" Rur derbisinin əsas rəqibləridir və azarkeşləri arasında uzun illərdir davam edən gərginlik mövcuddur.