Keçmiş hakim Pavel Fernandes "Real Madrid"in müdafiəçisi Mark Kukurelyanın Madrid derbisində hakimə qarşı davranışını şərh edib.

Offsideplus.az xəbər verir ki, Fernandes La Liqanın 7-ci turunda "Atletiko" ilə oyunda Kukurelyanın yan xəttdə dayanaraq baş hakimin köməkçisi Miqel Anxel Ortis Aryasa tərəf nəsə qışqırdığını və əl hərəkəti etdiyini bildirib. Fernandes qeyd edib ki, Kukurelya köməkçi hakimə "Sən sadəcə dəhşətsən" deyib. O əlavə edib ki, əgər Mark Kukurelya qırmızı vərəqə alsaydı, çox təəccüblənmiş kimi davranardı.