Madrid derbisindən sonra baş verən müzakirələr səngimək bilmir.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid" klubu Joze Mourinyonun oyunun hakimləri ilə bağlı səsləndirdiyi fikirlərə son dərəcə qeyri-adi üsulla – printerdən çıxarılmış yazılı mesajla cavab verib.
Klubun yaydığı qısa və sərt bəyanatda açıq şəkildə bildirilib:
“Hakimlərə qarşı təzyiqlərə indi son qoyun.”


