Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin yeni klubu hələ də məlum olmayıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, təcrübəli futbolçuya ölkə daxilindən bir neçə təklif gəlsə də, o, bu variantları bəyənməyərək geri çevirib. Hazırda yarımmüdafiəçinin meneceri onun üçün yeni klub axtarışlarını davam etdirir.
Qeyd edək ki, C.Diniyevin son klubu "Araz-Naxçıvan" olub. O, ötən mövsüm Naxçıvan təmsilçisinin heyətində 25 oyun keçirib.


