2016-cı ildən etibarən keçirilən Azərbaycan Qran-Prisi 10-cu yubiley yarışına hazırlaşır.
Offsideplus.az xəbər verir ki, geridə qalan illər ərzində Bakı Şəhər Halqasının pərəstişkarları bir-birindən həyəcanlı mübarizələrə və tarixi rekordlara şahidlik ediblər.
Azərbaycan Qran-Prisinin tarixində xüsusi iz qoyan 5 pilotun Bakıdakı ən yaddaqalan göstəriciləri diqqət çəkir:
-
Niko Rosberq: 2016-cı ildə Bakıda keçirilən ilk yarışın qalibidir. O, pouldan başlayaraq bütün dövrələrdə lider olub, ən sürətli dövrəyə imza atıb və "Böyük Dəbilqə" ilə zəfər qazanıb.
-
Maks Ferstappen: Bakıda iki dəfə (2022 və 2025) qalib gəlib. O, 2025-ci il yarışında "Böyük Dəbilqə"yə imza ataraq paytaxtımızdakı uğurlarını zirvəyə daşıyıb.
-
Lyuis Hemilton: Yeddiqat dünya çempionu Bakıda 2018-ci ildə qələbə qazanıb, 2019-cu ildə isə 2-ci yeri tutub.
-
Şarl Lekler: Bakı trekinin rəsmi dövrə rekordçusudur (1:43.009). "Ferrari" sürücüsü 2021–2024-cü illərdə ardıcıl 4 dəfə poul qazanaraq mütləq rekorda yiyələnib.
-
Serxio Peres: Bakıda iki qələbə (2021, 2023) və ümumilikdə 5 podiumla "Bakı trekinin kralı" adını qazanan yeganə pilotdur.
2026-cı ildə keçiriləcək 10-cu yubiley Qran-Prisi Bakı küçələrində yeni rekordlara və unudulmaz anlara səhnə olacaq.


