Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il çempionatının rəsmi təqvimini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, yeni təqvimə əsasən, Portuqaliya və Türkiyə Qran-priləri çempionata qayıdır, sprint yarışlarının sayısı isə 10-a çatdırılır. Azərbaycan Qran-prisi isə 2026-cı ildə olduğu kimi, 2027-ci ildə də eyni tarixdə — 24–26 sentyabrda təşkil olunacaq.
Təqvimin açıqlanmasından sonra FIA prezidenti Məhəmməd ben Sulayem idmanın inkişafını vurğulayıb:
"2027-ci il təqvimi Formula 1-in qlobal miqyasda artan populyarlığını göstərir. 5 qitədə 24 mərhələnin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, həmçinin sprint yarışlarının genişləndirilməsi idman standartlarını və azarkeş marağını ən yüksək səviyyədə saxlayır. Bütün tərəfdaşlarımıza və fədakar könüllülərə təşəkkür edirəm."
Formula 1-in baş icraçı direktoru Stefano Domenikali isə yeni mövsümün həyəcanlı keçəcəyini bildirib:
"2027-ci il təqvimi dünyanın ən məşhur traslarını və dinamik şəhərlərini bir araya gətirir. Portuqaliya və Türkiyənin qayıdışı, sprint yarışlarının 10-a çatdırılması azarkeşlərə daha gərgin mübarizə və dramatik anlar vəd edir. Bizə dəstək olan bütün azarkeşlərimizə, FIA-ya, komandalara və təşkilatçılara minnətdaram."


