Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Argentina ilə, qadın komandamız isə Qazaxıstanla üz-üzə gələcək.

5-ci turda kişilərdən ibarət yığmamız Rumıniya ilə bərabərə qalıb (2:2). Komandamızın heyətində Rauf Məmmədov qələbə qazanıb, Şəhriyar Məmmədyarov məğlub olub, Aydın Süleymanlı və Məhəmməd Muradlı isə heç-heçə oynayıblar.

Qadın şahmatçılarımız isə Serbiyanı 3:1 hesabı ilə məğlub ediblər. Günay Məmmədzadə və Xanım Balacayeva qalib gəldikləri halda, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva xalları yarı bölüblər.

Geridə qalan 5 turdan sonra 8 xal toplayan kişilərdən ibarət milli 11-ci, 10 xala malik qadın komandamız isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.