Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun heyətində MLS-də növbəti statistik göstəriciyə imza atıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu "San-Dieqo" ilə oyunda fərqlənib və bununla da ardıcıl üçüncü MLS mövsümündə ən azı 20 qol və 11 assistlə yadda qalıb. Ötən il Messi 34 oyunda 35 qol və 23 assist göstərib. 2024-cü ildə isə 22 matçda 21 qol və 11 məhsuldar ötürmə ilə seçilib. Cari mövsümdə isə onun aktivində 23 qarşılaşmada 20 qol və 11 assist var. Messi "İnter Mayami"yə 2023-cü ilin avqustunda qoşulub. Həmin mövsümdə o, liqada 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.