Almaniyanın "Bayern" klubu İspaniya təmsilçisi "Barselona"nın ulduzunu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, almanlar yarımmüdafiəçi Dani Olmo ilə yaxından maraqlanır. Bildirilir ki, əgər futbolçu transfer bazarında əlçatan olarsa, Bavariya təmsilçisi onun üçün 70 milyon avro təklif etməyə hazırdır.
İspaniyalı oyun qurucusu cari mövsümdə komandasında əsasən rotasiya rolunda çıxış etməli olub. Bu durum isə "Barselona" rəhbərliyini oyunçunun gələcəyi ilə bağlı önəmli bir qərar qəbul etmək məcburiyyətində qoya bilər.



