"Real Madrid" klubunun ulduz yarımmüdafiəçisi Cud Bellinqem ilə yeni və uzunmüddətli müqavilə bağlamağa çox yaxın olduğu bildirilir.

Offsideplus.az xəbər verir ki, razılaşma əldə olunarsa, ingilis futbolçunun müqaviləsi 2032-ci ilin yayına qədər uzadılacaq.

Hafizlərdə olduğu kimi, oyunçunun mövcud sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulsa da, "Kral klubu" 23 yaşlı istedadlı oyunçunu komandanın gələcək təməl daşı olaraq görür və onunla əməkdaşlığı erkən mərhələdə rəsmiləşdirmək istəyir.