UFC-nin 125 funt çəki dərəcəsində çempionu Joshua Van UFC 331-də Aleksandre Pantoja üzərində qazandığı möhtəşəm qələbə ilə titulunu qoruyub. Bu döyüş Vanın karyerasında həlledici məqam kimi dəyərləndirilir.

Offsideplus.az xəbər verir ki, Van döyüşdən əvvəl ciddi zədə aldığını açıqlayıb. Onun sözlərinə görə, Filadelfiyada keçirilən mətbuat konfransından dərhal sonra sağ çiynində AC oynağını yırtıb və bu səbəbdən uzun müddət sparrinq edə bilməyib. "Son iki həftə ilk dəfə sparrinqə çıxdım. Hazırlıq müddətində yalnız qaçış və kardio ilə məşğul oldum. İndi MRT müayinəsi gözləyirəm, ümid edirəm ciddi bir şey olmaz", – deyə Van bildirib.

Komanda yoldaşı Michael Aswell Jr. də UFC 331-ə zədə ilə çıxıb. Van əlavə edib: "Mən zədədən qayıdıb ilk dəfə sparrinq etdim, o isə qabırğasından zədə aldı. Amma biz geri çəkilmədik və hər ikimiz zədəli olmağımıza baxmayaraq döyüşə çıxdıq."

Van UFC 331-ə bəzi azarkeşlərin onu "kağız çempion" adlandırdığı bir vaxtda çıxıb. O, bu titulun ilk döyüşdə Pantojanın zədələnməsi nəticəsində ona verildiyini xatırladıb. Lakin Van tənqidçilərə cavab olaraq bildirib: "Sübut edəcək heç nəyim yox idi. İlk döyüşdə də qalib gələcəyimi bilirdim."

Gələcək rəqiblər barədə suala Van belə cavab verib: "Kim olursa olsun, fərq etmir. Mən qorxusuzam və heç vaxt rəqib seçmirəm."

Rekordlar və ən yaxşı flyweight döyüşçüsü olmaq barədə isə Van qeyd edib: "Bunları azarkeşlər və siz müəyyən edirsiniz. Mən sadəcə işimi görürəm – döyüşürəm. Rekordlara fikir vermirəm, döyüşməyi sevirəm və nə vaxt istəməsəm, o zaman karyeramı bitirəcəyəm."