Yeni mövsümün ilk güc reytinqi komandaların potensialını nəzərə çatdırır. Mövsümöncəsi oyunlar müəyyən təsəvvür yaratsa da, əsas mübarizə uzun marafondur və real göstəricini turnir cədvəli müəyyən edir. Gələcəkdə, xüsusilə 2027-ci ildən iki konfranslı sistemə keçidlə reytinqlərin əhəmiyyəti arta bilər. Lakin bu mövsüm üçün komandaların startdakı vəziyyəti belə qiymətləndirilir.
Offsideplus.az xəbər verir ki, siyahıya "Panatinaikos" başçılıq edir. Komanda mövsümöncəsi çoxsaylı zədələrlə üzləşsə də, ən bahalı heyətə sahibdir və əfsanəvi baş məşqçi ilə zirvəyə iddialıdır. "Olimpiakos" ikinci pillədə qərarlaşıb. Mövcud çempion heyətini qoruyub saxlayıb və Jan Monteronun gəlişi ilə daha da güclənib. Lakin komanda ev oyunlarını AEK-in zalında keçirəcək, bu isə əlavə çətinlik yarada bilər. "Real Madrid" artıq Superkuboku qazanıb və yeni baş məşqçi Pedro Martinesin rəhbərliyi altında motivasiyalıdır, amma yunan klubları ilə müqayisədə bir addım geridədir. "Fənərbaxça" hər zaman iddialılar sırasındadır, lakin ilk üçlüyə daxil edilməyib. "Dubay" klubu isə güclü heyət qurub və Final Four üçün əsas namizədlərdəndir, lakin uzun səfərlər komandanı yorur. "Jalqiris" bu dəfə daha iddialıdır, xüsusilə Yonas Valançunasın iştirakı ilə. "Hapoel Tel-Aviv" dərin heyətə malikdir, amma ev oyunlarını Bolqarıstanda keçirməsi onların şansına təsir edir. "Srvena Zvezda" play-in mərhələsindən sonra pley-offa düşmək üçün real imkanlara sahibdir və Belqraddakı ev üstünlüyü önəmlidir. "Anadolu Efes"də Pablo Laso ilk mövsümünü keçirir, komandanın əsas silahı isə Mayk Ceymsdir. "Valensiya" isə ötən mövsümdən dərs çıxarıb və bu dəfə heç kim onları zəif hesab etmir.


