UFC 331 turnirində Los-Ancelesdə ən yüngül çəki dərəcəsində titul döyüşü baş tutub. Coşua Van (18-2) və Aleksandre Pantoja (30-7) arasında keçirilən qarşılaşma beş raund davam edib. Van hakimlərin yekdil qərarı ilə – 49-46, 49-47, 50-45 hesabı ilə qalib gəlib və çempionluq kəmərini qoruyub.

Offsideplus.az xəbər verir ki, 2025-ci ilin dekabrında keçirilən digər döyüşdə isə Van Pantojanı ilk raundda texniki nokautla məğlub edib. Həmin qarşılaşmada braziliyalı idmançı 26 saniyəyə əlindən zədə alaraq döyüşü dayandırmalı olub.