"Barselona"nın idman direktoru Deko komandanın aparıcı üzvü Rafinyanın gələcəyi ilə bağlı vacib açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi braziliyalı vingerlə müqavilənin uzadılması barədə tam razılığa gəldiklərini bildirib:
"Rafinya ilə yeni müqavilə məsələsi çox irəliləyib. Dünən günortadan sonra müqavilənin müddətinin uzadılması barədə tam razılığa gəldik. O, növbəti dörd il ərzində də bizimlə qalacaq".
Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə göstərdiyi parlaq performansla Kataloniya təmsilçisinin əsas aparıcı qüvvələrindən birinə çevrilib. O, 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Rafinya hazırda 12 qolla La Liqanın bombardiridir.


