Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri başa çatıb.
Offsideplus.az xəbər verir ki, dördüncü turda kişi şahmatçılardan ibarət millimiz Çexiya yığması ilə qarşılaşıb. Gərgin keçən mübarizə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qadınlardan ibarət komandamız isə İngiltərə seçməsini sınağa çəkib. Şahmatçılarımız bu matçdan 2,5:1,5 hesablı qələbə ilə ayrılıblar. Millimizə həlledici xalı Gövhər Beydullayeva qazandırıb. Digər zəka sahiblərimiz isə partiyalarını bərabərliklə başa vurublar.
Xatırladaq ki, ilk üç turda kişilərdən ibarət komandamız Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəyə (3:1), qadın yığmamız isə Qvatemala (4:0), Danimarka (4:0) və İsveçə (2,5:1,5) qalib gəlmişdi.
İsveçrə sistemi üzrə təşkil olunan və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.


