Misli Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək "Kəpəz" – "Sumqayıt" qarşılaşmasına azarkeş marağı böyükdür.
Offsideplus.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq görüşə artıq 7000 bilet satılıb.
Hazırda bilet satışı "iTicket.az" saytı vasitəsilə onlayn qaydada davam edir. Oyun günü saat 10:00-dan etibarən isə biletlər Gəncə Şəhər Stadionunun kassalarında da satışda olacaq.
Futbolsevərlərin böyük axınını və kassa önündə növbələrin yaranmasını nəzərə alan təşkilatçılar kassaların sayını 2-dən 4-ə çatdırıblar.
Qeyd edək ki, "Kəpəz" – "Sumqayıt" matçı saat 19:00-da start götürəcək.


