4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycanı təmsil edəcək ilkin heyət bəlli olub.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mötəbər yarışda Azərbaycan 12 çəki dərəcəsində 23 idmançı (17 kişi və 6 qadın) ilə təmsil olunacaq.
Riçard Trautman və Amina Abdellatifin rəhbərlik etdiyi məşqçilər korpusunun qərarına əsasən, fərdi və qarışıq komanda yarışlarında mübarizə aparacaq heyət:
Qadınlar:
-
-48 kq: Şəfəq Həmidova, Könül Əliyeva
-
-52 kq: Gültac Məmmədəliyeva
-
-57 kq: Xədicə Qədəşova
-
-70 kq: Südabə Ağayeva
-
+78 kq: Madina Kaisinova
Kişilər:
-
-60 kq: Balabəy Ağayev, Əhməd Yusifov
-
-66 kq: Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov
-
-73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev
-
-81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə
-
-90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov
-
-100 kq: Zelim Kotsoyev
-
+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov
Qeyd edək ki, çempionatda fərdi görüşlər 4–10 oktyabr, komanda yarışı isə 11 oktyabrda keçiriləcək.


