Bu gün Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandasının heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alıb. Qadın komandamızda isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar.

1-ci turda kişilərdən ibarət yığmamız Mərakeş, qadın komandamız isə Qvatemala şahmatçıları ilə qarşılaşacaq. İlk turda Ş.Məmmədyarovla Ü.Fətəliyeva istirahət edəcəklər.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnir sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində ümumilikdə 1032 şahmatçı iştirak edir.