Bronni Ceymsin "Los Anceles Leykers"in gənc oyunçusu olduğu görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda o, "LA Klippers"dən Darius Garland və "Nyu-York Niks"dən Cordan Klarksona qarşı birə-bir oyunlarda uğurlu hücumları ilə seçilib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı Ceyms üçün ötən mövsüm NBA-də ikinci il olub. 2024-cü il dreftinin 55-ci seçimi olan Bronni Ceyms 42 oyunda orta hesabla 8,9 dəqiqəyə 2,9 xal və 1,2 assist ilə yadda qalıb.


