Türkiyədə məşhur şəxslərə qarşı keçirilən növbəti narkotik əməliyyatı çərçivəsində idman dünyasından tanınmış simalar saxlanılıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun yürütdüyü təhqiqat çərçivəsində Türkiyə milli komandası və "Qalatasaray"ın keçmiş futbolçusu Həsən Şaş, həmçinin tanınmış idman jurnalisti Yağız Sabuncuoğlu saxlanılanlar arasındadır.

Şübhəlilərin yaşayış yerlərində axtarış aparıldığı, daha sonra ifadələrinin alınması və məhkəmə-tibbi ekspertizası üçün nümunələrin götürüləcəyi bildirilib. Araşdırma davam edir.