"Mançester Siti"nin məşqçisi Enzo Mareska İngiltərə Liqa Kubokunun 3-cü turunda "Norviç"ə qarşı keçirilən oyunda 17 yaşlı hücumçu Floyd Sambanın dublunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Mareska gənc futbolçunun yalnız iki qolla deyil, ümumilikdə oyundakı çıxışı ilə fərqləndiyini bildirib. "O, meydanda çox yaxşı təsir bağışladı. Əslində, o, tez-tez mərkəz hücumçusu kimi oynamayıb, son iki-üç matçda bu variantı nəzərdən keçirmişdik. Hücumları uğurla tamamlayır. Mən əvvəldən komandanın işindən razı olduğumu demişdim. Onu mərkəz hücumçusu mövqeyində oynatmaq qərarını üç-dörd gün əvvəl verdim və bu barədə onunla danışdım. O isə həmin mövqedə heç vaxt oynamadığını dedi. Əlbəttə, o, təbii "doqquz nömrə" deyil, amma çox yaxşıdır. Gəncdir, enerjilidir və hücumları sona çatdırmağı bacarır", – deyə Mareska vurğulayıb.


