İngiltərənin Football.London saytı 'Çelsi'nin Todd Boulinin rəhbərliyi dövründə etdiyi transferləri qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, amerikalı iş adamının klubda olduğu dörd il ərzində komandaya 31 futbolçu cəlb olunub və heyətin yenilənməsinə bir milyard funt-sterlinqdən çox vəsait xərclənib. Siyahıda ən uğursuz transfer Mixail Mudrik hesab edilib. Ukraynalı futbolçu üçün 70+30 milyon avro ödənilib. 2024-cü ilin sonundan bu yayadək Mudrik antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub. Ən uğursuz beşlikdə Pyer-Emerik Obameyanq, David Fofana, Kristofer Nkunku və Cimmi-Cey Morqan da yer alıb.
Ən uğurlu transfer isə 40 milyon funt-sterlinqə alınan Koul Palmer seçilib. İlk beşliyə həmçinin Moyses Kaysedo, Mark Kukurelya, Enso Fernandes və Malo Gyusto daxil edilib. Todd Bouli artıq 'Çelsi'dən ayrılıb.


