Misli Premyer Liqasının VI turu üzrə oynanılacaq “Kəpəz” – “Sumqayıt” oyununa bilet satışı davam edir.
Offsideplus.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək matça indiyədək iticket.az saytı vasitəsilə və stadionun kassalarında 4000 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç sentyabrın 20-də saat 19-da start götürəcək.
Xatırladaq ki, “Kəpəz” “Sumqayıt”la görüşdən sonra doğma publika ilə uzun müddətə vidalaşacaq. “Sarı-göylər”in növbəti ev görüşü yalnız oktyabrın ortalarında “Zirə”yə qarşı olacaq.


