Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. 

Finalın ölkənin ən baxımlı stadionlarının birində olması ilə bağlı Azərbaycan və Gəncə futbolunun əfsanəsi Mahmud Qurbanov fikirlərini Offsideplus.az-la bölüşüb:

“Azərbaycan Kubokunun Gəncədə keçirilməsi qərarını mən də alqışlayıram, əla fikirdir. Gözəl şəhərin gözəl, baxımlı, futbol ab-havası olan stadionunda finalın keçirilməsi təqdirəlayiq addımdır. Bu qərarı gözləyirdim. Çempionat oyunlarında da stadion boş qalmır, tam olaraq dolu olur. Finalın Gəncədə olması bütün futbolsevərlərin ürəyincə olacaq”.

Qeyd edək ki, sabah Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək.