Ruben Amorim "Milan"ın qələbəsiz üç oyunluq seriyası barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı baş məşqçi "Mançester Yunayted" və "Milan" kimi böyük klublarda qısa müddətdə hər şeyə nail olmaq istəklərinin yüksək təzyiq yaratdığını bildirib. "Burada da eyni təzyiqi hiss edirəm. Düşünürəm ki, bu komanda bir qədər fərqlidir: onlar üç müdafiəçi ilə oynamağa daha çox öyrəşiblər, bir az daha sürətli və güclüdürlər. Hazırda ideal xüsusiyyətlərə tam sahib deyiləm, amma yeni komandaya rəhbərlik edəndə bu, dərhal mümkün olmur. Bilirəm ki, buna vaxt lazımdır, lakin bu klubda təzyiq böyükdür. Buna baxmayaraq, məhz belə işləri üstün tuturam, çünki əgər uğursuzluq olacaqsa, qoy bu, səs-küylü olsun. Bu kluba böyük ehtirasla yanaşıram, ona daha yaxşı olmağa kömək etmək istəyirəm. Bilmirəm, buna vaxtım çatacaqmı, amma oyunçularıma baxanda görürəm ki, məşqlərdə dediklərimə qulaq asırlar və bu, problemləri həll edə biləcəyimizə ümid verir", – deyə Amorim Sky Sport Italia-ya açıqlamasında bildirib.